No Image
No Image

Prezident: "Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb"

Prezident:
"Əli Xocalı qurbanlarının qanına batmış Sarqsyan qaz kəmərlərimizi vurmaq üçün "İskəndər”dən istifadə etmədiyinə görə Paşinyanı qınayır.”

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

"Bu hərbi cinayətdir. Sonra Movsesyan "İskəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib, bundan sonra isə onların istifadə edilməsinin video görüntülərini aldıq. Sonra mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”, - Prezident deyib.

Dövlət başçısı Azərbaycanın "İskəndər” raketlərinin qırıqlarını tapmasından sonra baş verənlərin qəribə olduğunu da qeyd edib.

"Ermənistan Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib. Bunu necə başa düşə bilərik? Hə ya yox? Çox güman ki, hə. Belə olmasaydı, onları istifadə etmədiklərini deyərdilər”, - İlham Əliyev söyləyib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bu, Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi"

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş b...

Preziden: "Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik"

"Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan ş...

“Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir” - İlham Əliyev

"Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda...

Dövlət başçısı: "Şuşa həmişə ermənilər üçün yad şəhər olub"

"Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin...

Azərbaycan Ordusunun Zəngəzurda irəlilədiyi TƏSDİQLƏNDİ

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur mahalında (Sünik) irəlilədiyini təsdiq edib. Sfera.az xəbər verir ki, bu haqda məlum...

Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Sfera.az-ın "Anadolu” agentliyinə istinadən ve...