No Image
No Image

Prezident Mərkəzi Banka yeni səlahiyyət verdi

Prezident Mərkəzi Banka yeni səlahiyyət verdi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edib.

 

Sfera.az xəbər verir ki, sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında” və "Kredit büroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Kredit ittifaqları haqqında” və "Kredit büroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə  - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Mərkəzi Bank bu sahədə səlahiyyətli orqandır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda “yaşıl kredit”lər niyə yoxdur? - Açıqlama

Dünyanın bir çox ölkəsində banklar "yaşıl kredit” məhsullarını təklif edir. Açıqlanan məlumatlar göstərir ki, "yaşıl kredit”lərə tələb böyükdür və ildən-ilə b...

Benzin bahalaşdı - Bazarda bu maşınlara maraq artdı - VİDEO

"Aİ 92" markalı benzinlə işləyən avtomobillərə maraq artıb. Maşın bazarına gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. ...

Dollarla bağlı qərar verildi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb. Sfera.az xə...

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR

İyulun 1-dən Azərbaycanda karantin tədbirləri çərçivəsində toyların keçirilməsinə icazə verilib. Maraqlıdır ki, ölkəmizdə toy etmək üçün nə qədər vəsait lazımdı...

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq

2021-ci ildə kənd təsərrüfatı məhsullarının ixracında yeni rekord göstərici qeydə alına bilər. İlin ilk yarısının məlumatları göstərir ki, ilin yekununda aqra...

Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb – SƏBƏB

2016-2020-ci illər ərzində Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfədən çox artaraq 400 milyon manatı ötüb.  Rəsmi məlumatlara ə...