Polşadan 19 Azərbaycan vətəndaşı qayıtdı

Polşadan 19 Azərbaycan vətəndaşı qayıtdı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 nəfər həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

 

 

Komitədən verilən məlumata görə, Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 nəfər həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq Lerikdəki "Relaks" otelinə yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...