Polkovnik lisey direktoru təyin edildi

Polkovnik lisey direktoru təyin edildi
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Liseyin rəisi general-mayor Elman Orucovun yuxarı vəzifəyə təyin edilməsi ilə əlaqədar hazırkı vəzifəsindən azad edilməsi və Polkovnik Məhəmməd Həsənovun liseyin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncamı şəxsi heyətə çatdırıb.

Sonra Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.

Vəzifəyə yeni təyin olunan polkovnik Məhəmməd Həsənova gələcək xidmətində uğurlar arzulayan Ordu komandanı liseyin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, 56 kursantla fəaliyyətə başlayan lisey ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, liseydə tədrisin və təlim tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. 

Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.  

OXŞAR XƏBƏRLƏR