Polislər ad günü keçirən aktrisanın evinə basqın etdilər - FOTOLAR

Polislər ad günü keçirən aktrisanın evinə basqın etdilər - FOTOLAR
Türkiyəli aktrisa Özge Özpirinçci 35 yaşını İstanbuldakı evində məşhur  dostları ilə qeyd edib. 
 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın sevgilisi Burak Yamantürkün, məşhurlardan Kıvanç Tatlıtuğ- Başak Dizer cütlüyünün, Berrak Tüzünataçın, Uraz Kaygılaroğlunun və Murat Dalkılıçın  iştirak etdiyi məclisə polis basqın  edib.  

Məlumata görə, polislərin gəlməsinə səbəb yüksək səsdən narahat olan qonşuların şikayəti olub.

 Polis yoxlamalar zamanı COVID-19 qaydalarına uyğun hərəkət edildiyi qənaətinə  yazmadan oradan uzaqlaşıb.

Özge Özpirinçci bu barədə verdiyi açıqlamada polisi evinə media mənsublarının çağırdığını iddia edib:

"Qapımızda evdəki insan sayının üç qatı media üzvü var idi. Onlar mövzu tapmaq üçün polisə zəng vuraraq özlərinə hadisə çıxarmaq istədilər və "basqın” başlığı ilə xəbər yaydılar. Polis içəri girib bizim qayda pozmadığımızı görüb evdən ayrıldı”.

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR