Polisi başından güllələmiş şəxs özünü doğradı - Təcridxanada gərgin anlar

Polisi başından güllələmiş şəxs özünü doğradı - Təcridxanada gərgin anlar
Gəncədə məhbus özünə xəsarət yetirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında qeydə alınıb. Orada saxlanılan, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Ayralov Tahir Fərzəli oğlu kəsici ailətə özünə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdilib və əməliyyat olunub.

Faktla bağll araşdırma aparılır.

Qeyd edək ki, T.Aylarov uzun müddət axtarışda olub. Hələ 2016-cı ildə Ağstafada onun tutulması istiqamətində keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb. Belə ki, gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. O, xəstəxanada dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR