Polis nənənin evindən oğurluq edən nəvəni tutdu

Polis nənənin evindən oğurluq edən nəvəni tutdu
 

İyulun 4-də Tovuz rayon Polis Şöbəsinə  müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən  ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb. 

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI?

  Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyy...

Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

  Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi ...

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

  Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub. DİN-dən Sfera.a...

SON DƏQİQƏ! Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

  Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, ...

Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib

 Gürcüstanın Dmanisi rayonunda qətl törədilib. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.   ...

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

  Ötən gün karantin qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşı...