Polis maskasız gəncin dizlərindən yapışdı - VİDEO

Polis maskasız gəncin dizlərindən yapışdı - VİDEO
 Polis küçədə maskasız gəzən gənci dəyənəklə döyüb.

Sfera.az xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk vilayətinin Maqnitorsk şəhərində baş verib.

Video başlayanda görünür ki, hüquq mühafizəçisi yerdə oturub və gəncin ayaqlarını tutub. Polisdən qurtulmağa çalışan gənc isə cibində maska olduğunu və taxacağını deyir. Ancaq onun bu sözlərinin faydası olmur.

Bu vaxt başqa bir polis onlara yaxınlaşır və mülki vətəndaşı dəyənəklə döyməyə başlayır. Yoldan keçənlərin hüquq mühafizəçilərinə iradı isə cavabsız qalır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, münaqişədən əvvəl kişi hüquq mühafizəçisini təhqir edib və ona müqavimət göstərib. Buna görə gəncə qarşı hökumət nümayəndələrinə güc tətbiqi maddəsi ilə cinayət işi açılıb.

Həmçinin, mağazaya maskasız daxil olduğu üçün onu cərimə və 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Polisin sözlərinə görə, münaqişəyə polisin gəncə maskasız gəzməsi ilə əlaqədar iradı səbəb olub.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Avropada COVID-19-la bağlı son vəziyyət

Virusun yayılma təhlükəsinə görə bəzi ölkələr karantin müddətini uzadır.   Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, Polşada sükut günüdür.   ...

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb

  Ölkədə 24 saatda virusdan 154 nəfər ölüb, 9220 nəfər sağalıb. Sfera.az xəbər verir ki, bu barədə REAL-ın Rusiya Bürosu məlumat verib.  ...

İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO

 İlan ovçusu Mayk Kimmelin çəkisi təqribən 70 kq olan beş metrlik ilanla qanlı döyüşü barədə kadrlar hər kəsə həyəcan dolu anlar yaşadıb. Sfera.az xə...

İki yük maşınının arasında qalan dörd avtomobil “yoxa çıxdı” - ANBAAN VİDEO

 Rusiyanın Çelyabinsk vilayətində baş vermiş dəhşətli qəzanın görüntüləri izləyiciləri şoka salıb.   Sfera.az xəbər verir ki, kadrlarda arxadan b...

Qadının liftdə etdikləri görənləri şoka saldı - ANBAAN VİDEO

 Liftdə qadının uşağı qəddar şəkildə döyməsi ilə bağlı görüntülər görənləri şoka salıb. Sfera.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərin...

Rusiya paytaxtında polislər güllələndi - ANBAAN VİDEO

 Naməlum şəxs Moskvanın Lenin prospektində odlu silahdan atəş açıb. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Sfera.az xəbər ver...