No Image

Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Hacıqabulda əmrə tabe olmayan sürücüyə cinayət işi açılıb.

Sfera.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, aprelin 14-də saat 13 radələrində Bakı-Qazax yolunun 60-cı km-də qurulmuş postda Tərtər rayon sakini E.Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə polis əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb. O, hərəkətini davam etdirərək Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidməti Bölyünün polis nəfəri, polis kiçik serjantı M.Mirzəlini vurub hadisə yerini tərk edib. M.Mirzəli sol əlinin bilək nahiyəsinin sınığı ilə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə E.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri N.Hüseynzadə və A.Fətəliyev avtomobillə birgə saxlanılıb. Araşdırma aparılması üçün Hacıqabul rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov rayon Polis Şöbəsinə məxsus xidməti "Ford” markalı avtomobilə əyləşdirilərkən arxa sağ şüşəni təpiklə sındırıb.

Faktla əlaqədar Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139 (zöhrəvi xəstəlikləri yayma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR

Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutuldu - FOTO

Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub. APA-nın ...

Polis maşınının şüşəsini sındırdı, serjantı xəstəxanalıq etdi – HACIQABULDA

Hacıqabulda əmrə tabe olmayan sürücüyə cinayət işi açılıb. Sfera.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, aprelin 14-də saat 13 radələrində Bakı-Qa...

Bakıda dəhşətli qətlin təfərrüatı: Gözətçini klinika sahibinin oğlu öldürüb

Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub. Sfera.az-ın xəbərinə görə, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev "Aristok...

YAP sədrinin oğlu həbs olundu - Narkotikə görə

 Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşlar...

Kabinetində həbs edilən icra başçısının kimliyi bilindi - ŞOK

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar. Sfera.az xəbər verir ki, ...

Azərbaycanda İcra başçısını iş başında həbs etdilər- SENSASİYA

  Azərbaycanda sensasion hadisə baş verib. Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından ...