Polis Bakıda reyd keçirdi, avtobus sürücülərinə xəbərdarlıq edildi

Polis Bakıda reyd keçirdi, avtobus sürücülərinə xəbərdarlıq edildi
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Suraxanı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Analoji tədbir paytaxtəın Binəqədi rayonunda da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı xeyli sayda pandemiya qaydalarına əməl etməyən şəxslər aşkar edib və onlarla profilaktik söhbətlər aparıblar. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlarımızdan bir daha xahiş və tələb edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

OXŞAR XƏBƏRLƏR

“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı

Aparıcı Hüsniyyə Məhərrəmova “Avroviziya-2024” müsabiqəsinin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edənlərə cavab verib.   Sf...

Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.   ...

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...