Pərvin Kərimzadə: Korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır

Pərvin Kərimzadə: Korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır
 Ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı, ictimai-siyasi sabitliyin qorunması, düşünülmüş iqtisadi strategiya nəticəsində islahatların davamlılığı xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların öz Prezidentinin ətrafında sıx birləşməsinə zəmin yaradıb.

Sfera.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, əldə edilən nailiyyətlərin, qazanılan uğurların, tərəqqinin geniş vüsət almasında vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasının rolu böyükdür:

"Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemini daim təkmilləşdirilir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır.

Təəssüflər olsun ki, dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub.

Ölkənin inkişafına, siyasi və iqtisadi islahatlarına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına qarşı amansız mübarizə , göstərilən etimaddan sui-istifadə edən, dövlətin malına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslərin ifşa edilməsi, layiqli cəzalarını alması cəmiyyət tərəfindən böyük razılıqla qarşılanır.

Dövlət Başçısı dəfələrlə məmurların diqqətinə çatdırıb: "Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Pərvin Kərimzadə bildirib ki, ölkə Prezidenti Azərbaycan Respubliksının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də bu məsələyə toxundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında priotet sahə kimi dayanmalı olduğunu diqqətə çatdırdı: "Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib".

Deputata əlavə edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən rayonlarının icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, ardınca Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşı qətiyyətlə alınır. Bu da ölkəmizdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğunun göstəricisidir.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...