“Pensiyanın 300 manat olması tam realdır…” – Ekspertdən şərh

“Pensiyanın 300 manat olması tam realdır…” – Ekspertdən şərh


"Gələn il üçün orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması real görünür”.


Bu sözləri Sfera.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə 2020-ci ildə pensiyaların orta aylıq məbləğinin 16 faiz artırılaraq 293 manata çatdırılacağı ilə bağlı proqnozuna münasibət bildirərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

 

 

Onun sözlərinə görə, dövlət büdcəsində sosial sferaya ayrılan vəsaitin artması hesabına pensiyalarla bağlı həmin rəqəmi əldə etmək mümkün olacaq:

 

"2020-ci ilin dövlət büdcəsində digər istiqamətlərə qənaət hesabına sosial sferaya daha çox vəsait ayrılacaqsa, bu artım niyə də real olmasın? Ümumiyyətlə, 2019-cu ildə təqaüdlərin artırılması ilə bağlı bir neçə qərar verildi. 2020-ci ildə də məhz təqaüdlərin artırılması və indeksləşdirilməsi hesabına pensiyalarda artım gözlənilir. Bunun da əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Belə ki, növbəti ilin dövlət büdcəsində orta hesabla 28 milyard 120 milyon manatlıq xərc gözlənilir ki, onun da 40 faizi sosial sferaya ayrılmalıdır. Bu isə cari illə müqayisədə gələn il üçün orta hesabla 9,9 bənd çox deməkdir. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin cəmi 30 faizi sosial yönümlü xərclər idisə, 2020-ci ildə bu rəqəmin 40 faizə çatması gözlənilir. Bu da imkan verəcək ki, sosial sferaya və pensiyalara daha böyük məbləğ xərclənsin”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...