Paytaxtda I sinfə qeydiyyatla bağlı suallar cavablandırıldı - FOTO

Paytaxtda I sinfə qeydiyyatla bağlı suallar cavablandırıldı - FOTO
Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook” səhifəsində müvafiq suallara cavab verilib.

İdarədən Sfera.az-a verilən məlumata görə, suallar şərhlər vasitəsilə 28-30 aprel 2021-ci il tarixlərində cavablandırılıb.

BŞTİ-nin "Facebook” səhifəsində daha çox alternativ qeydiyyat mərkəzləri, üstünlük hüququnun kimlərə verilməsi, müəllim seçimi prosesi, sorğunun dəyişdirilməsi, tədris digər dildə aparılan bölmələr üzrə müsahibə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul üzrə avtomatik elektron sorğu yaradılması, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesinə start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi  www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

29 aprel saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci sinfə şagird qəbulu ilə bağlı sorğuların yerləşdirilməsi prosesinə başlanılıb. Həmçinin, qeyd edilən tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start verilib. Müsahibəyə yazılma mərhələsinin 8 iyun 2021-ci il saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin 4 may tarixindən 14 iyun tarixinədək təşkili planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...