No Image
No Image

“Paşinyanın buna nə zaman hazır olacağını gözləyə bilmərik” – Moskvadan izahat istəməliyik

“Paşinyanın buna nə zaman hazır olacağını gözləyə bilmərik” – Moskvadan izahat istəməliyik

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməliydi”.


Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyanın bunun üçün bir səbəbi ola bilər:


"İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Buna baxmayaraq Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən martın 1-i geridə qalıb, ancaq liderlərə təklfilər paketi təqdim edilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur”.


Politoloq vurğulayıb ki, Ermənistanda xaos uzun müddət davam edə bilər: "Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər? Elə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi verdiyi açıqlamalarda daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir. Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır.

 

Görünür, Paşinyan müxalifətə ona təzyiqi artırmaq üçün əlavə alət vermək istəmir. Azərbaycan prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır”.


E.Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil: "Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatın müəllifi Rusiya prezidentidir. Deməli, Moskvadan İrəvanın məsələni gecikdirilməsiylə bağlı izahat istənilməlidir”.

 

 

Günay

Sfera.az

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Haber Global” Prezident İlham Əliyevin sözlərini xatırlatdı - VİDEO

44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin bir sıra ifadələri aforizmə çevrilərək xalq arasında geniş yayıldı. "Haber Global” bildir...

Bayden Putinlə niyə məhz Bakıda görüşəcək? – Tofiq Zülfüqarov detalları açıqladı

"Baydenin Putinlə Bakıda görüşəcəyini dəqiq deyə bilmətəm, amma bu variantı istisna da etmirəm”. Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın məşhur "Pol...

Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”

"Sergey Lavrovun İrəvana getdiyi gün "Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlı...

Azərbaycan üç erməni diversantını niyə azad etdi? – “Bu xəbərdarlıq jestidir, əgər..."

"Bakının məlum davranışını məcburiyyət qarşısında qabaqlayıcı addım kimi dəyərləndirməliyik”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın müharibə...

Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...

Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta kimin daha şanslı olması haqda müzakirələr intensivləşib.   Sfera.az...

Prezident “Azərsu”nun sədrini işdən çıxardı - SƏRƏNCAM

Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezid...