Paşinyan xalqı belə aldadır – Avtomobilinin qiyməti fantastikdir

Paşinyan xalqı belə aldadır – Avtomobilinin qiyməti fantastikdir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni zirehli avtomobilinin qiyməti 290 min dollardan artıqdır.

Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi erməni mənbələrinə istinadən yazıb.

"Öz başında kasıblığın öhdəsindən gəldiyini düşünən Baş nazir Nikol Paşinyan son zamanlar dövlətin hesabına özünün və ailə üzvlərinin lüks həyatına daha çox üstünlük verir”, - deyə İ.Tanrıverdi bildirib.

 

Onun sözlərinə görə, Paşinyan bu yaxınlarda ABŞ-a səfəri zamanı super bahalı təyyarə kirayələyib.

İ.Tanrıverdi qeyd edib ki, həmin təyyarədən yalnız bir tərəfli uçuş üçün istifadə Ermənistanın dövlət büdcəsinə 330 min dollara başa gəlib.

"İndi məlum olur ki, Paşinyan üçün Serj Sarkisyandan miras qalmış zirehli "Mersedes S 600 W 221” markalı xidməti maşın artıq köhnəlmiş hesab olunur. Buna görə də o, artıq yeni 2019-cu il istehsalı olan "Mersedes S 600 W 222” modeli olan yeni avtomobil əldə edib.

Bu maşının fərqi ondadır ki, bütövlükdə zirehlidir, bir sıra manevr üstünlükləri var və qiyməti 290 min dollardan da bahadır”.


OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...