Partiya sədrindən təklif: \"Uşaqlarla bağlı mövcud bütün müavinətlər ləğv edilsin, əvəzində isə...\"

 Partiya sədrindən təklif: \
"Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, uşaqlara dövlət qayğısını artırmaq mütləqdir”.
 
Sfera.az-ın məlumatına görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu son günlər sosial şəbəkələrdə müzakirə obyekti olan "uşaqpulu” mövzusuna reaksiya verərkən bildirib.
 
Partiya sədri təklif edir ki, uşaqlarla bağlı mövcud olan birdəfəlik müavinət daxil, digər müavinətlərin hər biri bir qayda olaraq ləğv edilsin, əvəzində isə doğulduğu aydan başlayaraq 18 yaşı tamam olana qədər hər bir uşağa aylıq 50 manat müavinət müəyyən edilsin:

"Ölkədə 2 milyon 600 min yetkinlik yaşına çatmamış uşağın olduğunu nəzərə alsaq, bu ayda dövlət büdcəsinə 130 milyon manata, ildə isə 1 milyard 560 milyon manata başa gələcək. Burada elə böyük mübahisə yaradacaq məsələ olmadığını düşünürəm. Dövlət büdcəsi üçün 1.5 milyard manatın bir il ərzində böyük kəsir yaratmayacağı qənaətindəyəm. Eyni zamanda nəzərə alsaq ki, heç də 2 milyon 600 min uşağın hamısı aztəminatlı ailələrdə dünyaya göz açmır”.

Partiya sədri həmçinin bildirib ki, valideyinlərin aylıq rəsmi gəliri minimum əmək haqqının 4 mislindən çox olan ailələrin övladlarına uşaq pulu ödəməkdən dövlət azad edilsin:

"Və bu tip ailələr aztəminatlı ailə kateqoriyasına aid edilməsin. Bununla da dövlət büdcəsindən ehtiyacı olmayan ailələrə və bu ailələrin övladlarına artıq pul verməməklə qənaət etmək olar. Belə olacağı halda, təxminən ayda 100 milyon (ildə 1 milyard 200 milyon) olmaqla dövlət sağlam gələcəyinə rahatlıqla sahib çıxmış olar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...