Parlamentin iclasında mübahisə düşdü

Parlamentin iclasında mübahisə düşdü
 Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev müzakirələrin üç saat fasiləsiz davam etməsinə etirazını bildirib.

Sfera.az xəbər verir ki, Q.Həsənquliyev deyib ki, müzakirələr 1,5 saat davam etdikdən sonra qəhvə, çay fasiləsi verilməlidir. 

Onun fikrincə, iclasın gündəliyinə az məsələ salınmalıdır ki, çox davam etməsin.

Parlamentin sədri Sahibə Qafarova cavab olaraq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar gündəliyə çox məsələ salınır. 

Bu zaman deputat İmamverdi İsmayılov yerdən "deputatlar az danışsınlar” deyə replika atıb. Spiker Sahibə Qafarova isə bildirib: "Necə danışmasınlar? Vacib məsələlərdir. Hamımız deputatıq, danışmaq istəyirik”. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...