Parlamentə təkrar seçkilərin vaxtı açıqlandı

Parlamentə təkrar seçkilərin vaxtı açıqlandı
 Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Bununla əlaqədar ictimaiyyətdə sözügedən dairələrdə təkrar seçkilərin nə zaman keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib.
 

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qanunvericiliyə görə, təkrar seçkilərin təyin edilməsi ilə bağlı qərarı Prezident İlham Əliyev verməlidir:

"Seçki qanunvericiliyinin tələblərinə görə, nəticəsi ləğv edilən dairələrdə təkrar seçkilər keçirilməlidir və təkrar seçkilərin təyin edilməsi ilə bağlı qərarı isə ölkə Prezidenti verir. Seçki qanunvericiliyində ləğv edilən nəticələrdən sonra təkrar seçkilərin konkret müddəti göstərilməyib. Bununla bağlı norma yoxdur. Amma ötən illərin təcrübəsini nəzərə alsaq görərik ki, bir qayda olaraq bu, Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin nəticəsi təsdiq edildikdən sonra Prezident tərəfindən təxminən 2 həftə ərzində təyin olunur. Boş qalmış yerlərə görə əlavə seçkilərin keçirilməsi ilə bağlı isə qanunvericilik 1 ay müddət müəyyənləşdirib. Yəni 1 ay müddətində seçkilər təyin olunmalıdır”.

Hüquqşünas ləğv edilən dairələrdə yenidən namizədliyini irəli sürən şəxslərin seçki prosedurlarını təkrar icra etməli olduğunu da qeyd edib:

"Nəticəsi ləğv edilən namizəd də yenidən keçiriləcək təkrar seçkilərdə iştirak edə bilər. Qanunvericiliyə görə, istər təkrar, istərsə də əlavə seçkilər zamanı namizəd deputat olmaq üçün tələb olunan şərtlərə əməl etməlidir. Bununla yanaşı təkrar seçkilərdə də bütün seçki prosedurları icra edilməlidir. Yəni imza toplanmalı, təbliğat-təşviqat kampaniyası aparmalıdır. Seçki Məcəlləsi bunu tələb edir və hər kəs üçün bərabər hüquq müəyyənləşdirilib”. (axar.az)



OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...