Pandemiya onlara təsir etmədi – Milyarderlərin sayı ARTIB

Pandemiya onlara təsir etmədi – Milyarderlərin sayı ARTIB
Pandemiya dövründə milyarderlərin sərvəti və sayı artıb.
 
Sfera.az xəbər verir ki, ABŞ-ın məşhur "Forbes” jurnalının dərc etdiyi milyarderlər siyahısında bu il rekord sayda insan yer alıb.

35-ci dəfə yayımlanan milyarderlər siyahısına görə pandemiya dövründə milyarderlərin sayı 660 nəfər artaraq 2755 nəfərə çatıb.

Siyahıda yer alan rəqəmlərə əsasən yeni növ koronovirus pandemiyasına baxmayaraq milyarderlərin ümumi sərvəti 5 trilyon dollar artaraq 13,1 trilyon dollara olub.

Rekord həddə çatan milyarderlər siyahısına bu il 493 yeni ad daxil olub.

ABŞ-ın elektron ticarət nəhəngi "Amazon”un qurucusu Ceff Bezos 177 milyard dollar sərvəti ilə 4-cü dəfə dünyanın ən zəngin insanı kimi qeydə alınıb. Ötən il siyahıda 31-ci olan "Tesla” və” SpaceX”in qurucusu Elon Mask isə 151 milyard dollar sərvəti ilə siyahıda 2-ci yerə yüksəlib.

Üçüncü pillədə isə 150 milyard dollarlıq sərvətlə fransalı iş adamı Bernard Arnault qərarlaşıb.

İnci 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...