“Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....” - Ermənistanda şayiə

“Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....” - Ermənistanda şayiə
Ermənistanda ordunun tələbinə baxmayaraq, hakimiyyəti əldə saxlamağa çalışan baş nazir Nikol Paşinyanın əlehydarları ona qarşı ən müxtəlif təzyiq formalarından istifadə edirlər.  O cümlədən barəsində irəli sürdükləri "türkə işləyən satqın” iddiasını ictimai rəyə yeritmək üçün hər gün yeni "dəlillər” ortaya atırlar.  

Ötən gün Ermənistan telegram-kanalları Paşinyana qarşı bunt qaldırmış və onun istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanı zərərsizləşdirmək üçün "Türkiyədən xüsusi qrup göndərildiyi” haqda xəbərlər yayıblar.

Əvvəlcə LIVEnews.am internet-resursu bildirib ki, Türkiyədən göndərilən və 13 nəfərdən ibarət xüsusi qrup Ermənistanın Gürcüstanla sərhədini keçərək ölkəyə daxil olub. İddia edilirdi ki, qrupun tərkibinə 3-cü ordunun operativ şöbəsinin, hərbi kəşfiyyatın, kəşfiyyat planlaşdırılması və koordinasiyası idarəsinin nümayəndələri daxildir. Daha sonra həmin xəbəri sürətlə digər KİV-lər və çoxsaylı Telegram-kanallar dərc edib.

Nəticədə Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin məlumatı təkzib edən bəyanatla çıxış etməli olub. Bildirib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır və vətəndaşlar "bu cür dezinformasiyalara inanmasınlar, ayıq-sayıq olsunlar”.

Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sərkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb. Paşinyan təkrar təqdimat göndərməyə hazırlaşırdı.

"Paşinyan Türkiyəyə işləyir” mövzusunda daha bir iddianı isə həmin Semyon Peqov-Qarabağ müharibəsi dövründə özünün sərsəm reportajları ilə yalanları ilə məşhurlaşmış rusiyalı muzdlu ortaya atıb. Onun bildirdiyinə görə, Paşinyan tərəfdarlarının bu günə təyin edilmiş mitinqini izləmək üçün Gürcüstanda akreditə olunmuş Türkiyə jurnalistləri Ermənistana gəlmək istəyib. Onların gəlişinə icazə verilib, amma Peqovun bildirdiyi kimi, "Rusiya buna qarşı çıxıb və türkiyəli jurnalistləri ölkəyə buraxmayıb”...
 
/Virtualaz.org
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...