“Omicron”un geniş yayılacağını gözləyirik”

“Omicron”un geniş yayılacağını gözləyirik”
ABŞ-da COVID-19-un yeni ştamı olan Omicron"un yayılması fonunda sərt məhdudiyyətlərin tətbiq edilməyəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, bunu ABŞ-ın baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauci deyib.

Fauci bildirib ki, indiki vəziyyətdə həkimlər baxımından ən önəmlisi, onların sərəncamında, prinsipcə, koronavirus infeksiyasının yayılması ilə mübarizə aparmağa imkan verən vasitələrin olub-olmamasıdır: "Bu ştam haqqında çox şey bilmirik, amma bir şeydən əminik ki, peyvənd olunmuş insanlar xəstəliyi peyvənd olmayanlardan daha asan keçirirlər".

Mütəxəssis əlavə edib ki, ABŞ-da yeni "Omicron” ştamı aşkarlanmayıb:

"Lakin gec-tez geniş yayılacağını gözləyirik. Gec və ya tez "Omicron" qaçılmaz olaraq geniş yayılacaq, çünki o, yüksək yoluxucu bir virusun molekulyar xüsusiyyətlərinə malikdir".

OXŞAR XƏBƏRLƏR