"Omicron" ştamı sayəsində pandemiya erkən bitəcək" - Məşhur infeksionist

""Omicron” variantı sayəsində pandemiya erkən bitə bilər”.
 
Sfera.az bildirir ki, bunu almaniyalı infeksionist Karl Luterbak deyib. Mütəxəssisin iddiasına görə, yeni ştam pandemiyanın bitişini sürətləndirəcək. "Mutasiya, xəstəliyi daha yoluxucu, amma yüngül hala gətirə bilər”, - deyə o əlavə edib.

Virusun indiyə qədər xəstəxanaya yerləşdirilmə və ya ölümə səbəb olmadığını vurğulayan Karlın fikrincə, "Omicron” variantındakı mutasiya xəstəliyi yüngülləşdirəcəyi halda, COVID-19  qrip kimi sıradan xəstəliyə çevriləcək. O, həmçinin profilaktik tədbirlərə əməl etmənin əhəmiyyətini də qeyd edib: 
"Bu vəziyyət yumşalmalara səbəb olmamalıdır. Digər tərəfdən yeni ştama yoluxma hallarını azaltmaq üçün səyahət qadağalarına və maska taxmaq kimi qaydalara əməl etmək lazımdır”.

Qeyd edək ki, elm adamları "Omicron” variantının vaksinlərə qarşı dözümünü  müəyyən etmək üçün 2 həftəyə ehtiyacın olduğunu bildirib.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.   Sfera.az bildirir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan ...

Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər

Rusiyalı diyetoloq Yekaterina Markova arıqlamağa başlayan insanların ən çox buraxdığı səhvlər haqqında açıqlama verib. O, bu barədə "Moslente” nəşrinə danışıb. ...

Uşaqlar arasında yayılan xəstəliyin səbəbi nədir? – Pediatrdan AÇIQLAMA

"Məktəb və bağçalarda xəstəliklər çox yayılıb. Uşaqların xəstəlikdən tam sağalmadan kollektiv içərisinə buraxılması da xəstəliklərin daha geniş sferada yayılm...

“Omikron” ştamından qorunmağın yolu üçüncü doza vaksinasiyadır - Ekspert

"Omikron ştamının Azərbaycanda olması ilə bağlı məlumat dünən yayılsa da, bu o demək deyil ki, sözügedən virus bundan əvvəl Azərbaycanda olmayıb”.   ...

“Pfizer/BioNTech” şirkəti "Omicron" ştamı əleyhinə peyvənd hazırlayır

"Omikron” ştamı əleyhinə vaksin hazırlanır.   Sfera.az bildirir ki, bu barədə "Pfizer/BioNTech” şirkəti məlumat yayıb. Artıq peyvəndin istehsalına başlan...

"Omikron" ştamı "delta" ilə müqayisədə... - İnfeksionist

"Omikron" ştamı "delta" ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır - 72 saat. Bu isə o deməkdir ki, "delta" əvvəlki variantlarla...