No Image
No Image

Ombudsmandan beynəlxalq ictimaiyyətə çağırış

Ombudsmandan beynəlxalq ictimaiyyətə çağırış
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Aparatdan Sfera.az-a verilən məlumata görə, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etmək olub.

Bu hesabat, Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsaslanaraq hazırlanıb. Habelə, hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü və 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

Eyni zamanda, hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilmişdir.

OXŞAR XƏBƏRLƏR

Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir - FOTOLAR

 Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilir. Sfera.az-ın məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan Səfər...

Ağdamın Şahbulaq kəndindən - FOTOLAR-VİDEO

 Müdafiə Nazirliyi işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndindən videogörüntülər yayıb. Sfera.az həmin görüntüləri təqdim edir. ...

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - FOTO

 Şabranda yaşadığı ünvanı tərk edən "COVID-19” xəstələri müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata gö...

“Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir” - FOTOLAR

 Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamı Cənu...

Kəlbəcərin kəndlərindən yeni görüntülər - FOTO-VİDEO

 Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb. Sfera.az həmin görüntüləri təqdim edir. ...

Məşhur azərbaycanlı müğənni koronavirusa yoluxdu - FOTO

Əməkdar artist Lalə Məmmədova da koronavirusa yoluxub. Sfera.az-ın məlumata görə, bir neçə gündür səhhətində problem olan müğənni Covid-19 testi verib və ...