Ombudsman Dağlıq Qarabağla bağlı Avropa Şurasına çağırış edib

Ombudsman Dağlıq Qarabağla bağlı Avropa Şurasına çağırış edib
 

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının qərarlarının icrası istiqamətində daha konkret addımlar görmək istərdik”.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Avropa Şurasının 70 illik yubileyi münasibətilə keçirilən "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının strukturlarının qərarların icrası üçün daha konkret planlar görmək istərdim. Çünki sülh olmadan davamlı inkişaf da olmaz”, - E. Süleymanova bildirib.

 

O, həmçinin AŞPA-nın BMT TŞ-nin 4 qətnaməsinə istinad edən 1416 saylı qətnaməsini xatırladıb.

Ombudsman qeyd edib ki, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşdirilməsində vacib rol oynayıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...