Okan Buruk Azərbaycan millisində işləməkdən imtina etdi

Okan Buruk Azərbaycan millisində işləməkdən imtina etdi
Türkiyəli baş məşqçi Okan Burukun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayıb.

Sfera.az  "Star" qəzetinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.

Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.

Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR