No Image
No Image

Novruz bayramınadək əfv sərəncamı verilə bilər

Novruz bayramınadək əfv sərəncamı verilə bilər
Azərbaycanda siyasi məhbus olmasa da, bəzi beynəlxalq təşkilatlar bu barədə məlumatlar yayır. Bu qəbuldən olan bəzi şəxslərin əfv edilməsi məsələsini də gündəmə gətirirlər.

Sfera.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli  açıqlamasında bildirib ki, siyasi məhbus anlayışı dövlət səviyyəsində qəbul edilmir:

"44 günlük Qarabağ müharibəsində qalib gəlmişik. Uzun müddətdir ki, amnistiya aktı qəbul etmirik. Düşünürəm ki, ciddi amnistiya aktı və əfv qərarı qəbul etməliyik ki, bu, daha əhatəli olsun. Biz dövlət olaraq siyasi məhbus anlayışını qəbul etmirik. Bəzi beynəlxalq təşkilatlar və müxalifət nümayəndələri siyasi məhbus anlayışını qəbul edir. Onun tərəfdarıyam ki, ölkəmizdə böyük amnistiya aktı və əfv prosesi getsin, məhbuslar ya azadlığa buraxılsınlar ya da cəzaları yüngülləşsin. Hesab edirəm ki, dövlətin böyüklüyünü göstərmək lazımdır”.

Tahir Kərimli parlamentdə əfvlə bağlı gözlənilən dinləmələrdən də söz açıb:

"Arzu edək ki, Novruz bayramına qədər əfv sərəncamı verilsin. Parlamentdə marta qədər dinləmələr keçirmək olar”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə daxildir.
 
(modern.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Saxta "general" azadlığa BURAXILDI

Nərimanov rayon məhkəməsində Bakıda özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi b...

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb. Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən  bildirilib ki, Azərbaycanda Ramaza...

İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir - FOTOLAR

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara həmçinin, cari iş planına uyğun olaraq fev...

Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bi...

"Azərpoçt"un rəhbəri vəzifəsindən AZAD EDİLDİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib. Sfera.az xəbər ver...

Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi - FOTO

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək...