Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti fasiləsiz qaydada həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, bu məqsədlə keçirilən monitorinqlər zamanı ümumilikdə 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.



OXŞAR XƏBƏRLƏR