Niyə kişilər ağıllı qadınları sevmirlər? MARAQLI FAKTLAR

Niyə kişilər ağıllı qadınları sevmirlər? MARAQLI FAKTLAR
Kişilər çox vaxt güclü və ağıllı qadınlardan çəkinirlər. Çünki, bunun öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Niyə kişilər ağıllı qadınları sevmir?
 
Sfera.az bildirir ki, Türkiyə mətbuatına istinadən verdiyi məlumatda məsələ ilə bağlı qeydlər olunub.

Özlərini daha üstün görmək istəyirlər

Kişilərin eqolarını şişirtmək üçün həmişə yaxşı səbəbləri var. Ancaq, ətrafında hər hansı bir rəqib olan kimi narahatlıq keçirirlər. Bu "təhlükə" həm öz cinslərindən, həm də qarşı cinsdən yarana bilər. Əksər kişilər münasibətlərində bu qorxuya əsasən, bəzi seçimlər edirlər. Yəni, güclü və ağıllı qadınları özləri üçün bir təhlükə olaraq görüb, onlarla münasibət qurmaqdan çəkinirlər. Özləri arxa planda olduqda bu vəziyyət asanlıqla qısqanclığa çevrilə bilər.

Nəzarət məsələsi

Ağıllı bir qadın münasibətlə bağlı qərarlarda arxa planda dayanmayıb, fikirlərini açıq şəkildə ifadə edəcəkdir. Kişilər isə maraqlarını təhlükəyə atmağı sevmir və alınan qərarların sorğulanmasını istəmirlər. Ağıllı qadınları isə idarə etmək daha çətindir. Ağıllı bir qadınla birlikdə olan kişi, münasibətdəki nəzarət mexanizminin məntiqi sərhədlər və qarşılıqlı empatiya çərçivəsində müəyyən edilə biləcəyini bilir. Bundan qorxan kişilər isə öz səlahiyyətlərini sarsıda bilmədikləri üçün ağıllı qadınlarla münasibət qurmaqdan çəkinirlər.

Kompleksli kişi zəif qadın istəyir

Əlbəttə ki, kompleksi olmayan kişilər güclü bir qadınla birlikdə olmaqdan çəkinmirlər. Ancaq, zəif, kompleksli kişilər zəif qadınları seçir. Ağıllı kişilər isə ağıllı qadınlarla birlikdə olmaq istəyirlər. Güclü bir kişi niyə zəif bir qadının yanında olsun? Kompleks böyük bir zəiflikdir. Güclü bir qadın olsun, ya olmasın, kişinin gücünü burada başa düşmək olar. Hər uğurlu kişinin arxasında bir qadın olduğu kimi, hər ağıllı qadının da arxasında güclü və dərrakəli kişi dayanır.

Yalan danışdığınızı dərhal biləcəklər

Həyatının mənası dürüstlük olan ağıllı qadınlara yalan danışmağı düşünməyin. Çünki, hər hansı bir yolla yalan danışdığınızı hiss edəcək. Bəli, biz insanıq və səhv edə bilərik. Güclü qadınlar da bu vəziyyəti başa düşəcək qədər yetkindirlər. Əgər, bir dəfə yalan danışsanız, bunun ardı gələcək və çıxılmaz vəziyyət olacaq.

Aldadılmağa dözə bilmirlər

Ağıllı qadınların dözə bilməyəcəyi tək şey, onlara yalan danışan birisidir. Bu səbəbdən həyat yoldaşlarının sözünə etibar edə bilən biri olmasını istəyirlər. Əgər, hər hansı bir yolla yalan danışdığınızı hiss edirsə və ya verdiyiniz vədə əməl etmirsinizsə, çox məyus olacaqlar. Bu xəyal qırıqlığından qurtulmanın yeganə yolu sizi həyatlarından çıxarmaqdır.

Səni gözləmək məcburiyyətində hiss etməz

Təəssüf ki, insanların çoxu qeyd-şərtsiz sevgi ilə necə davranacağını bilmir və qaçmağı seçir. Ancaq, ağıllı bir qadın üçün sevdiyi kişinin həyatından çıxmasını izləmək göründüyü qədər çətin deyil. Çünki, güclü bir qadın əvvəlcə öz dəyərini bilir. Dəyərini qiymətləndirməyən birinə yazığı gəlmir və uzaqlaşır.

Mübahisələrdən qaçmaq

Əksər mübahisələr, hamının mənafeyinə uyğun məntiqi qərar verməkdənsə, kimin haqlı olduğuna dair bir yarışmaya çevrilir ki, bu da mübahisənin əsl məqsədidir. Kişilər öz sosial rollarında mahiyyətcə daha üstün olduqlarını, müzakirələrdə həmişə haqlı olmaları lazım olduğu fikrini düşünürlər. Ancaq, bu heç də belə deyil. Mübahisənin digər tərəfində ağıllı bir qadının olması bəzi kişilərin heç istəmədiyi bir şeydir. Çünki, bu vəziyyətdə haqlı olmaq məcburiyyətində olmadığını bilirlər.

Hesabat aparmaq məsələsi

Məsələnin hüdudlarına ağ yalanlar əlavə etmək mümkündür. Əlbəttə, bu və bənzər nümunələri kişilərlə məhdudlaşdırmaq mümkün deyil. Eyni nümunələr qadınlara da aid edilə bilər. Ancaq qarşında ağıllı bir qadının olduğunu bilən kişi münasibətlərdə addımlarını daha diqqətlə atmalı olacaq. Ağıllı qadınların sadə hiylə ilə idarə oluna bilməyəcəyini bilən və bu səbəbdən münasibətdən qorxan kişi çəkinir.
 
(sia.az)

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...