Azərbaycanda meyvə-tərəvəz ixracında ciddi artım var

Azərbaycanda meyvə-tərəvəz ixracında <span style="color:#ff0000">ciddi artım var</span>
Kateqoriya məlum deyil23.08.25, 07:4632 👁️
T

Bu ilin ilk 7 ayında Azərbaycanın ümumi tərəvəz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yanvar- iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

 

O cümlədən, hesabat dövründə ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.
Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib.

PAYLAŞ
Sehliyali
Yüklənir...