Saray körpüsü ətrafında söküntü işlərinə start verilib


Saray körpüsü ətrafında söküntü işlərinə start verilib
Kateqoriya məlum deyil21.08.25, 09:2715 👁️
T

Paytaxtın girişində yerləşən Saray körpüsünün yaxınlığında genişmiqyaslı söküntü işləri aparılır. Bu tədbirlər əsasən yol infrastrukturuna maneə törədən və qanunsuz olaraq inşa edilmiş obyektlərin ləğvini nəzərdə tutur.

 

Sfera.az xəbər verir ki, müvafiq qurumların iştirakı ilə həyata keçirilən söküntü prosesi həm ərazidə nəqliyyat axınının daha səlis və təhlükəsiz təşkilinə, həm də ətraf mühitin abadlaşdırılmasına yönəlib. Mütəxəssislər bildirirlər ki, bu addım nəqliyyat sıxlığının azaldılmasına, yol hərəkəti iştirakçılarının rahatlığının təmin olunmasına mühüm töhfə verəcək. Sürücülər isə tıxacdan narazılıq edirlər. 

 

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, yol körpüyə uyğunlaşdırılaraq 4 hərəkət zolaqlı olacaq. Bəzi obyektlər isə yolun genişləndirilməsi məqsədi ilə söküləcək. 

PAYLAŞ
Sehliyali
Yüklənir...