Nəqliyyat və rabitə sektorundakı çöküşün səbəbləri – “Heç kim riskli kapital qoyuluşuna getmir”

Nəqliyyat və rabitə sektorundakı çöküşün səbəbləri – “Heç kim riskli kapital qoyuluşuna getmir”
"Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu həcminin azalması biznes aktivliyinin aşağı düşməsindən qaynaqlanır”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında cari ilin 8 ayında ölkənin nəqliyyat və rabitə sektoruna qoyulan kreditlərin həcmində 21 faizədək azalmanın olması barədə Mərkəzi Bankın məlumatını dəyərləndirərkən, iqtisadçı ekspert Fuad İbrahimov deyib:
 
"Pandemiya ilə əlaqədar digər sahələrdə olduğu kimi, nəqliyyat və rabitə sektorunda da biznes aktivliyi müəyyən dərəcədə azalıb. İnsanlarda son dövrlər qənaətçilik paradoksu yaranıb. Qənaətçilik paradoksu yarananda vətəndaş bütün bazar münasibətlərindən kənara çəkilir. Pandemiya ilə bağlı sabaha etibarın itməsi belə vəziyyətə gətirib çıxarıb. Bu halda insanlar öz artıq vəsaitlərini ancaq birinci dərəcəli vacib məsələlərə yönəldir. Belədə heç kim riskli kapital qoyuluşuna getmir”.

Bununla belə, həmsöhbətimiz düşünür ki, ilin sonuna doğru sözügedən sahələrə kredit qoyuluşu üzrə illik balans bərpa olunacaq: "Son bir-iki ayda ölkədə biznes aktivliyi müəyyən dərəcədə artıb. Düşünürəm ki, ilin sonunda doğru illik balans öz yerini tutacaq”.

Elçin
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Avropanın qaz böhranından Bakı və Ankara qazanclı çıxa bilər” – Yeni müqavilənin məğzi

"Türkiyə ilə imzalanan yeni qaz müqaviləsi iki ölkə arasında strateji əhəmiyyətə malikdir. Xüsusilə Avropada yaşanan qaz böhranı fonunda bu müqavilə Türkiyəni...

Ərzaq məhsullarında bahalaşma 10 faizi ötüb

2021-ci ilin yanvar-sentyabr aylarında qiymətlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.  Qiymət artımı ərzaq məhsulları, içkilər və t...

Lirə daha da UCUZLAŞACAQ

Son bir ayda Türkiyədə ABŞ dolları davamlı yüksəlir. Sentyabrın əvvəlində 8,3 olan dollar/lirə məzənnəsi bu gün 9,17 səviyyəsinə çatıb. Ay ərzində dollar 10,5 f...

Bu il Neft Fondunun büdcəsində kəsir yox, profisit olacaq

Neftin bahalaşması Azərbaycan dövlət büdcəsinin gəlirlərinə ciddi təsir etməsə də, Dövlət Neft Fondunun gəlirlərində böyük dəyişiklik yaradıb. Bu il faktiki qiy...

Türkiyə lirəsi rekord səviyyədə UCUZLAŞDI

Bu gün axşam saatlarında Türkiyə lirəsi dollar qarşısında kəskin dəyər itirib. Sfera.az xəbər verir ki, axşam saat 18:30-da dollar 9 TL-yə bərabər olub. ...

Neft qiymətləri son 7 ilin ən yüksək səviyyəsinə çatdı

Bu gün səhər "Brent” neftinin qiymətində yeni rekord müəyyənləşib. "Brent” neftinin dəyəri 1,1 dollar yüksələrək 83,5 dollara çatıb ki, bu da son 7 ildə qeydə a...