Bu yolda qayda pozanların ardı-arası kəsilmir- Əraziyə kamera qoyulmalıdır - VİDEO
Nəqliyyat TV
14:23 / 18.11.2021
2733
Paytaxtın Biləcəri qəsəbəsi, daş bazarının yanı deyilən ərazidə əks istiqamətə çıxaraq ayda pozan və digər sürücülərə maneə yaradanların ardı-arası kəsilmir. Son iki həftə ərzində Avtosfer.az ərazidən çəkilmiş iki video yayımlayıb ki, nəticədə yol polisi 12 sürücü barəsində inzibati xəta protokolu tərtib edib. Bu gün isə yenidən 6 sürücünün qayda pozuntusu barədə videomaterialı təqdim edirik.
Hər gün acınacaqlı vəziyyət olan əraziyə kameraların qoyulması vacibdir. Ardınca isə sürücülərə həmin ərazidə qayda pozacaqları təqdirdə cərimə ediləcəkləri barədə xəbərdarlıq olunmalıdır. Bəlkə bundan sonra adıçəkilən qolda qayda-qanun yaratmaq mümkün oldu. Növbəti videonu təqdim edirik:
Fərid