Neftin qiyməti cüzi BAHALAŞDI

Neftin qiyməti cüzi BAHALAŞDI

Dünya bazarında bu gün neftin qiyməti cüzi olaraq yüksəlib.

Sfera.az xəbər verir ki, müşahidə olunan bu simvolik artım qiymət dinamikasına ciddi şəkildə təsir edə biləcək faktorların yoxluğu səbəbindən baş verib.

Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizində hasil edilən "Brent” neftinin iyun fyuçersləri 0,08% bahalaşaraq 63 ABŞ dollara satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,03% artıb və bir barel üçün 59,34 dollar səviyyəsində qərarlaşıb.

Bir qədər öncə Asiyada koronavirusa yoluxmaların kəskin artması səbəbi ilə sərmayədarlar arasında neftə olan tələbatla bağlı qeyri-müəyyənlik yaranıb. Belə ki, ən ağır vəziyyət Hindistanda müşahidə olunur. Bu ölkədə COVID-19-a 13 milyondan çox yoluxma faktı qeydə alınıb. Bütün bunlar Hindistanda yeni məhdudlaşdırıcı sosial-iqtisadi tədbirlərin tətbiq edilməsinə gətirib çıxara bilər.

Bununla yanaşı peyvəndləməni sürətləndirməklə koronavirus üzərində "qələbə” qazanmaq ümidləri neftin qiymətinin hələ ki enməməsinə şərait yaradır.

"Virusa yoluxma hallarında artımın öz təsirinin olacağına baxmayaraq, peyvəndləmə kampaniyası çox yaxşı irəliləyir”, – "OCBC Bank”ın iqtisadçısı Houi Li "Bloomberg” agentliyinə deyib.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...