“Neftçi” - “Qarabağ” oyununun vaxtı müəyyənləşdi

“Neftçi” - “Qarabağ” oyununun vaxtı müəyyənləşdi
Mayın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

Sfera.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bildirili ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi” və "Qarabağ” komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək. Həmin görüşlərdə "Səbail” klubu "Sumqayıt”ı, "Sabah” komandası "Zirə”ni, "Keşlə” isə "Qəbələ”ni qəbul edəcək.

Turun iki görüşü "CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

İyirmi yeddi turdan sonra aktivində 57 xalı olan "Qarabağ” birinci, 56 xalı olan "Neftçi” ikinci, 38 xalla "Zirə” üçüncü, 36 xalı olan "Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sabah” (26), "Qəbələ” (26), "Səbail” (24) və "Keşlə” (23) yer alıblar.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

7-ci sinif şagirdini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 7-ci sinif şagirdi Seymur Qədirlini maşın vuraraq öldürüb.&nbs...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...