\"Necə hazırlaşdığımızı Allah da görür\" - Millinin baş məşqçisi

\
"Uşaqlar, prinsipcə, hazırlıqlıdırlar və yaxşı formaya çatıblar. Onlar məhz medal qazanmağa kökləniblər. Bu səbəbdən, ümidvarıq ki, uşaqlar yaxşı çıxış edəcək və medallarla qayıdacaqlar".

Sfera.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssisin fikrincə, nəticələr uğurlu olacaq: "Ölkənin, yunan-Roma güləşinin adına çalışıb-vuruşacağıq. İşimizi, necə hazırlaşdığımızı Allah da görür. Buna görə də hər şeyin yaxşı olacağını düşünürük".

Komanda üzvlərindən İslam Abbasov yalnız qələbə üçün səfərə çıxdıqlarını bildirib: "Hamımız istəyirik ki, olimpiadada qələbə çalaq və xalqımızı sevindirək. Əlbəttə, nəticənin necə olacağı bilinmir. Lakin hədəfimiz qələbədir və bundan ötrü əlimizdən gələni edəcəyik".

Rafiq Hüseynov da Vətənə yüksək əyarlı medallarla dönəcəklərinə inam ifadə edib: "Çox yaxşı, uğurla çıxış etməyə, xalqımızı sevindirməyə çalışacağıq. Maksimum, yüksək nəticələrlə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hamımız Vətənə yüksək əyarlı medallarla dönəcəyik".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...