“Nə təkzib edirlər, nə də...” - Moskvanın Şuşaya atılan “İsgəndər” raketilə bağlı müəmmalı susqunluğu

“Nə təkzib edirlər, nə də...” - Moskvanın Şuşaya atılan “İsgəndər” raketilə bağlı müəmmalı susqunluğu
Şuşada qalıqları tapılan "İsgəndər-M” raketləri ilə bağlı nədənsə hələ də Rusiya tərəfi məsələyə rəsmi şəkildə münasibət bildirməyib. Bu məsələ yalnız mediada qabardılır. Hansı ki, bəzi mətbu orqanlarının yazdığına görə, müvafiq orqanlar məsələ ətrafında araşdırmaya başlayıb.

Görünən odur ki, bu tipli açıqlamalar Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmadı.  Çünki əsas suallar hələ də cavabsız qalır.  Ona görə də Rusiyanın aidiyyəti orqanlarının - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin məsələyə qənaətbəxş münasibət bildirmələri zəruridir.

Məsələ ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hələ də Şuşaya atılan "İsgəndər-M” raketlərilə bağlı müəmmalar qalmaqdadır, suallara mükəmməl cavab almamışıq. Həmsöhbətimizin fikrincə, bu müəmmaya son qoymaq üçün məsələyə Rusiyanın ali hərbi rəhbərliyi səviyyəsində bitkin cavab verilməlidir:

"Son zamanlar dünya KİV-lərinin diqqət mərkəzində saxladığı mövzular sırasında Rusiyaya məxsus böyük dağıdıcı gücə malik "İsgəndər-M” raketlərinin  Şuşaya atılması məlumatları geniş yayılıb.  Rusiya tərəfi dəfələrlə bəyan edib ki, sözügedən silahların heç bir xarici ölkəyə ixracı mümkün deyil. Onların iddialarına görə, yalnız, 280 km məsafəni vurmaq gücündə olan "İsgəndər-E”  versiyası Ermənistana verilib. Lakin Şuşaya atılan iki ədəd raket "İsgəndər-M” variantıdır.  Bunun nəticəsində çoxsaylı sullar yarandı ki, hələ də həmin suallara mükəmməl, qənaətbəxş cavab ala bilməmişik”.

Deputatın sözlərinə görə, məsələ artıq Rusiyanın siyasi-hərbi rəhbərliyinin də diqqət mərkəzindədir: "Hətta  Rusiya mətbuatının yazdığına görə  Federal Tədqiqat Bürosu məsələ ilə bağlı tədqiqatlara başlayıb.  Ancaq bununla belə görünən odur ki, məsələ daha çox mətbuatda müzakirə olunmaqda davam edir.  Rəsmi şəkildə isə bitkin cavab alınmayıb. Eyni zamanda, təkzib də yoxdur. Çünki əlahəzrət fakt göz qarşısındadır, dəlil və sübutlar var”. 
 
E. Nəsirov düşünür ki, baş vermiş hadisəyə Moskva tərəfindən rəsmi reaksiyanın bildirilməməsi strateji tərəfdaşlıq münasibətində olan iki ölkə arasında bəzi  anlaşılmazlıqların olduğunu üzə çıxardı: "Azərbaycan üçün vacib məqam odur ki,  məsələyə Rusiyanın ali hərbi rəhbərliyi səviyyəsində bitkin cavab verilsin. Bakı ilə Moskva arasında münasibətlər strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir.  Bu reallıq fonunda baş vermiş hadisədə çoxlu anlaşılmazlıqlar var. Ona görə də Azərbaycan məsələni ən yüksək səviyyədə qaldırıb.  Hesab edirəm ki, yaxın zamanlarda bu məsələyə aydınlıq gələr və günahkarlar layiqli cəzalarını alar”.
 
Elçin
 
 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...