No Image
No Image

Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT

Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT
Tofiq Bəhramovun heykəli ilə bağlı anlaşılmazlıq olub. Onun Respublika Stadionunun önündə quraşdırılmış heykəlində rəng dəyişikliyindən söhbət gedə bilməz”.

Sfera.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Tofiq Bəhramovun Respublika Stadionundakı heykəlinin ağardılması mediada və sosial şəbəkədə işıqlandırıldıqdan sonra tənqidlərə səbəb olub.

Lakin nazirlik rəsmisi açıqlamasında heç bir səhvdən söhbət getmədiyini, ağ rəngin əvvəlki rəngin oturması üçün vurulduğunu bildirib:

"Nazirliyin balansında olan Reabilitasiya Mərkəzində (Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunu nəzərdə tutur – S.M.) və Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri gedirdi. Artıq təmir işləri yekunlaşmaq üzrədir. Bu təmir çərçivəsində məhz restavrasiya məqsədilə heykəl də rənglənib. O ağ rəng əvvəlki rəngin daha yaxşı oturması üçün vurulan qoruyucu rəng idi. Onu başqa rənglə əvəz etmək fikrimiz olmayıb. Rəngi əvvəlki kimi bürünc rəngdə olacaq. Sabah və ya birisigün siz onu əvvəlki rəngdə görəcəksiniz”.  (Oxu.Az)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qurban Qurbanovdan transfer açıqlaması

"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ...

Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər. Sfera.az  xəbər verir ki, Monako, Azərbaycan və Kanada Qran-prilərin...

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

Şahmat üzrə "Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib. Sfera.az-ın məlumatına görə, FİDE beş turniri əhatə edəcək turda 10 qr...

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib. ...

Lionel Messi finalda oynamaya bilər

"Barselona" klubunun futbolçusu Lionel Messi zədə səbəbindən İspaniya Super Kubokunun final matçını buraxa bilər. Sfera.az  xəbər verir ki, bu barədə...

Azərbaycan - Serbiya matçının stadionu açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib. Sfera.az  AFFA-nın rəsmi say...