Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi
Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Sfera.az-ın məlumatına görə, dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

"Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”n predmeti də dəyişib. İndiyə qədər bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin  tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edib. Dəyiikliyə əsasən, artıq bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 300 (üç yüz) milyon manat müəyyən edilmişdisə, artıq yuxarı həddi "2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilib.

Eyni zamanda Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verəcək.

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...