Nazir xanım müavininin videosundan danışdı: \"Kimin yaydığını bilirik...\"+ VİDEO

Nazir xanım müavininin videosundan danışdı: \
Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

Sfera.az xəbər verir ki, O, "ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: "O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.

Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...