Nardaran sakini silahını polisə təhvil verdi

13:27 / 10.03.2020
5509
Nardaran sakinindən odlu silah götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.