Naqif Həmzəyev: DOST mərkəzləri sosial siyasətin məntiqi nəticəsidir

Naqif Həmzəyev: DOST mərkəzləri sosial siyasətin məntiqi nəticəsidir
 

Ölkəmizdə sosial sahədə əldə olunan uğurlarda, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin həyata keçirilməsində sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasının da öz payı var. Vətəndaş məmnunluğunun təmin edilməsində, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsində Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla sosial islahatlar proqramının əsas hədəfi kimi yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi bu sahədə nümunəviliyi ilə seçilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Naqif Həmzəyev qeyd edib ki, "ASAN xidmət”dən sonra Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə innovativ xidmət növünün - DOST layihəsinin vətəndaşların ixtiyarına verilməsi ölkəmizdə sistemli şəkildə həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığının göstəricisidir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin vətəndaşların ixtiyarına verilməsi davamlı olaraq həyata keçirilən həmin siyasətin məntiqi nəticəsidir. Eyni zamanda yeni DOST mərkəzinin istifadəyə verilməsi Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edilməsi sahəsində atılan addımlardandır.

Ölkə Prezidenti yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bu sahədə də liderlik göstərdiyini qeyd edib: "DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz "düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən danışarkən bildirdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik.

2019-2021-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi fəaliyyət göstərən ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti ümumi evimizin- planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən dünya ölkələrinin qarşılıqlı dəstək və birgə səyləri ilə gəlməyin yollarına yönəldib. Dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da hər zaman diqqətə çatdırıb: "Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür”.

Məhz indiki çətin və ağır dönəmdə Azərbaycanın özünü uğurla təsdiqləməsi, bütün problemləri aşması, dünyaya nümunə olması ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları sayəsində əldə edilib. Vətəndaşlarının sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub. Dövlət Başçıısının qeyd etdiyi kimi: Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib".


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...