\"Namussuz insanlar söyüş kampaniyasına cəlb olunan zaman o da nəzərə alınmışdı ki...\"

\
 Qüdrət Həsənquliyev: "Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır”

Vilayət Eyvazov və Əli Nağıyev DİN-ə və DTX-ya müvafiq olaraq nazir və rəis təyin olunanda demişdim ki, ölkədə sabitliyi pozmaq istəyənlər ciddi-ciddi düşünməlidirlər.

Bu sözləri son günlər payızda dövlət çevrilişinə cəhd ola biləcəyi barədə səsləndirilən fikirlərin nə dərəcədə əsaslı olub-olmadığına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri qeyd edib ki, buna baxmayaraq 2019-cu ilin oktyabrında sabitliyi pozmağa cəhd olunub: 

"Bundan öncə əsəbləri zəif, iddialı və mənsəbpərəst adamları Prezidentin ətrafından uzaqlaşdırmaq üçün onun səhhətində ciddi problemlərin olması barədə şayiələr dövriyyəyə buraxıldı. Prezidentin xarizmasını alt-üst etmək, onu mənən sarsıtmaq üçün namussuz insanlar söyüş kampaniyasına cəlb olundu. Bu zaman o da nəzərə alınmışdı ki, bir qisim insanlar rəsmi məlumatlardan daha çox dedi-qoduya inanırlar. Həm də inanırdılar ki, dövlət idarəetməsində mövcud olan problemlər insanların həyatını çətinlədirdiyi üçün geniş xalq kütlələri onlara dəstək olacaq. Amma onlar ictimai təhlükəsizliyə cavabdeh insanların dövlətə və prezidentə sadiqliyini və peşəkarlığını, xalqımızın çevrilişlərin ölkəmizə hansı fəlakətləri yaşatdığını unutmadığını, ən başlıcası isə Prezidentin və Birinci vitse-prezidentin cəsarətini, ekstremal hallar üçün psixoloji hazırlığını və idarəetmə məharətlərini, onlara olan beynəlxalq dəstəyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin elan olunmuş islahatlara inamını nəzərə almamışdılar. Onu da nəzərə almamışdılar ki, bir dəfə ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuş siyasi avantüristlərin çağırışı ilə insanlar heç vaxt küçələrə axışıb dövlət orqanları ilə qarşıdurmaya getməzlər. Bütün qeyd etdiklərimə baxmayaraq, hakimiyyət ehtirası, müxtəlif sifarişlər və maraqlar onları sabitliyi pozub siyasi böhran yaratmaqla hakimiyyəti dəyişmək üçün razılaşdırılmamış aksiya keçirməkdən çəkindirmədi və onlar layiq olduqları dərsi, iqtidar daxilindəki satqınlar isə cəzalarını aldılar və almaqda davam edirlər. Ölkədə vətəndaşların həyatını çətinləşdirən problemlərin həlli istiqamətində isə ciddi addımlar atılmaqdadır. Artıq xalqımız tərəfindən müdafiə olunan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qərarlar qəbul olunur, həyatımızın bütün sahələrində islahatların dərinləşdirilməsi üçün işlər görülür. Belə bir vəziyyətdə yalnız sağlam düşüncədən məhrum olmuş insanlar hansısa çevrilişə cəhd etmək barədə düşünə bilər. Ona görə də qeyri-ciddi adamların qeri-ciddi bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır. Xoşbəxt gələcəyimiz yalnız bundadır”.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...