Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu

Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu
Sovetlər birliyindən ayrılandan  sonra Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdi. Ancaq bu müstəqillik vətənimizə çox baha başa gəldi . Ölkəmizin hər yerində separatçılar tərəfindən ixtişaşlar törədilir, Cənubda, Şimalda hərə bir dövlət qurmaq iddiasında idi.Eyni zamanda hakimiyyət orqanlarında hərc-mərclik baş alıb gedirdi. Azərbaycan dövləti çətin  dönəmlərini yaşadığı dövrdə 15 iyun 1993-cü ildə ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı demək olar ki, Azərbaycan dövlətinə yeni nəfəs verdi. Belə ki , Qarabağ uğrunda döyüşlərin şiddətli bir zamanında torpaqlar mənfhur erməni terrorçuları tərəfindən zəbt  edilən bir vaxtda, hakimiyyət normal bir ordu yarada bilmədiyi vaxtda, Cənubdan Əlikram Hümbətov kimi seperatçı Talış Muğan Respublikası qurur. Sürət Hüseynov ordunu döyüş bölgəsindən geri çəkib Bakıya yeridirdi ki, hakimiyyətə gələcək. H.Əliyevin yenidən hakimiyyətə gəlişi ilə  sabitlik yarandı. Ölkədə nizam-intizam bərpa oldu. 

Heydər Əliyev Prezident seçildikdən sonra imzalanmış sazişlər ,    kontraktlar Azərbaycanın inkişaf yolunun başlanğıcı oldu. İlk növbədə atəşkəs elan olundu. Eyni zamanda hakimiyyətdə struktur dəyişiklikləri aparıldı. Yeni Parlament seçkiləri keçirildi. Dövlətimiz möhkəmləndi. Ətraf ölkələrdə nüfuz sahibi oldu. Dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağı artdı. Ölkəmizə  sərmayə qoyuluşu artdı. Müxtəlif tanınmış şirkətlər istehsal üçün Azərbaycana sərmayə yatırdı. Beləliklə, 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Yeni Müstəqilliyi qazanmış ölkəmizə yenidən həyat verdi. Azərbaycanın parçalanmasının qarşısı alındı. Artıq tam əminliklə demək olar ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilmişdir. 

Quliyev Əsabəli 
Nəsimi rayonu sakini
 

OXŞAR XƏBƏRLƏR

"100 min əlavə məktəbəqədər hazırlıq yeri açılacaq" - Nazir

2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil...

Milli Məclisin iclası ləğv olundu

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.   Sfera.az  xəbər verir ki, buna səbəb dekabrın 3-də keçiril...

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambley...

“Tarixən Türk Birliyi ideayası həmişə aktual olub” – VİDEO

“Tarixən Türk Birliyi ideayası həmişə aktual olub. Tarixin müxtəlif dövründə bu birliyin formalaşması üçün addımlar həyata keçirilsə də bunu həyata keçirm...

Gələn ildən bu sektor üzrə ödədiyiniz xidmət haqqından 50 faizi ƏDV QAYTARILACAQ

“Vergi Məcəlləsi"nə təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq ...

100 bağçada monitorinq aparıldı

Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır.   Sfera.az xəbər verir ki, bunu Təhsildə Keyf...