Rəşad Sadıqov: "Neftçi" çempion olsaydı... - MÜSAHİBƏ

Rəşad Sadıqov:
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Səbail" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib. Çempionluğun rəsmiləşdiyi XXVII tur oyunundan sonra o, bir sıra maraqlı məqamlara da toxunub.

- Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra aramızda 5 xallıq fərq qalırdı. "Bu tur çempion olacağımızı gözləyirdim" desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdi. Bütün "Qarabağ"sevərləri, azarkeşləri, futbol ictimaiyyətini təbrik edirəm. Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayət etdi. Aramızda centlemensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.

- Futbol ictimaiyyətinin istədiyi o idi ki, hər şey son turda həll olunsun. Yəqin ki, siz bunu istəmirdiniz...

- Biz bu haqda düşünmürdük. 7-8 tur bundan əvvəl 5 xal geridə idik. Şəxsi qarşılaşmalarda da vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq 2 top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər 2 xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. "Neftçi"nin son turdakı xal itkisi, "Sumqayıt"ın qələbəsi bizim üçün gözlənilməz oldu.

- "Qarabağ"ın 3 cəbhədə - Avroliqa, ölkə kuboku və çempionatda mübarizə aparması "Neftçi" üçün bir üstünlük idi. Fikrinizi sırf Premyer Liqaya yönəltdikdən sonra əvvəlcə liderliyi qaytardınız, bu gün isə çempion oldunuz. Belə çıxır ki, ölkədə "Qarabağ"a çata biləcək komanda yoxdu?

- Belə deməzdim. Bu il hər iki klub çempionluğa yaxın idi. "Neftçi" də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq.

- Bu mövsüm "Neftçi"ni məğlub edə bilməmisiniz. Çempionluğunuz növbəti turda qələbə qazanmağınıza motivasiya verəcəkmi?

- Düzü, mənim üçün çempionat ərzində hansı komandaya qalib gəlməyimizin və ya uduzmağımızın heç bir əhəmiyyəti yoxdu. Əsas sonluqdu ki, çempion olaq. Heç vaxt hesablamıram ki, hansı komandanı neçə matçda udmuşuq. Bu çempionatdı, kubok oyunu deyil.

- Bu gün stadiona az azarkeş gəlmişdi. Sanki "Qarabağ"ın çempionluğunu bayram edənlərin sayı az idi. Avrokubokda isə bundan çox fərqli olur...

- Gələnlər sağ olsunlar. Avrokubok oyunlarında azarkeşlərimiz lazım olan hər anda, ehtiyacımız olduğu hər zaman yazınımzda olurlar, dəstək verirlər. Onları da təbrik edirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də gərgin mövsüm oldu.

- Növbəti mövsümdə sizi yenə də meydanda görə biləcəyik?

- Bütün fikrimi çempionata yönəltmişdim. Bu haqda qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çemiponata yönəldək. Hər şeyin öz vaxtı var.

OXŞAR XƏBƏRLƏR

Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA

NASA bu gün təyyarə böyüklüyündə iki asteroidin Yerə düşəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, kosmik agentlik bu tranzitlərin Yer üçün h...

“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi...- VİDEO

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev bu gün 39 yaşında vəfat edib.   A.Baxşəliyevə böyrəkköçürmə əməli...

İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.   Sfera.az-ın məlumatına görə, məktubda dey...

Bakının bəzi yollarında sıxlıq var - FOTOLAR

Bakıda bəzi yollarda sıxlıq var.   Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.   Haz...

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.    Sfer...

Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir? - VİDEO

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı...