Fariz Nəcəfov: "Əlavə maliyyə mənbələri axtarmağı düşünürük” - MÜSAHİBƏ

Fariz Nəcəfov:
Sfera.az "Qəbələ"nin yeni prezidenti Fariz Nəcəfovla müsahibəni sizə təqdim edir:


- Aprelin 10-da "Qəbələ"nin prezidenti postundan istefa verən Tale Heydərovla görüşmək üçün həftəiçi Londona getmişdiz və bundan sonra prosesə aydınlıq gəldi. Mümkünsə, təyinatınızın detallarını bizimlə bölüşərdiz...

- Təyinatımla bağlı klub tərəfindən açıqlama verilib. Çox güman, Tale müəllim tərəfindən namizədliyim tövsiyə olunmuşdu. Təsiscilərdən təklif gəldi. Təbii ki, imtina edə bilməzdim. İllərdi klubdayam, uğur qazanmaq üçün çalışırıq. Beləliklə, təsdiqləndim. Uğurun davamını gətirmək üçün bundan sonra da əlimdən nə gəlirsə, edəcəm.

- Yəqin ki, Heydərovla görüşdə klubun yaxın və uzaq planlarını da müzakirə etmisiniz...
- Əvvəldən nə plan nəzərdə tutulmuşdusa, ciddi dəyişiklik etmədən yolumuza davam edəcəyik. "Qəbələ"də həmişə bu fikir formalaşıb ki, əlimizdəki imkanlardan maksimum istifadə olunmalıdı. Yəni, bəlli imkan çərçivəsində maksimum nəticə əldə etmək olub hədəfimiz. Mövsümün sonuna kimi hər şey bu şəkildə davam edəcək, dəyişiklik olmayacaq. Növbəti mövsüm üçünsə indidən açıqlama verə bilmərəm. Ona qədər hələ vaxtımız var. Gələcəkdə nəyin necə olacağı haqda dəqiq açıqlama verməkdə çətinlik çəkirəm.

- Uzaq planlara "Qəbələ"nin mövsümü titulla bitirməsi, Avroliqaya vəsiqə qazanması təsir göstərə bilər? 
- Heyətlə bağlı açıqlama vermək istəmirəm. Çünki baş məşqçi ilə bu barədə danışmamışam. Növbəti mövsümlə bağlı iddialara aydınlıq gələndən sonra heyətdəki dəyişiklik də buna əsasən edilə bilər. Hazırda əsas məqsəd Avropa Liqasına vəsiqə əldə etməkdir. Vəsiqə qazanaq, sonra bu barədə danışarıq. Müəyyən fikirlər var, amma açıqlaya bilmirəm. 


- Bəs, klubda struktur dəyişikliyi necə, olacaq? Məsələn, siz prezident təyin olunduqdan sonra uzun illər tudtuğunuz vitse-prezident postu boş qalıb....
- Sözsüz ki, dəyişiklik olacaq. Ancaq ciddi dəyişiklik gözlənilmir. Kadr islahatı, yerdəyişmə ola bilər. Konkret, vitse-prezident ştatının bundan sonra qalıb-qalmayacağına qərar verilməyib. Toplantımız olacaq, bu kimi suallara orda aydınlıq gələcək. 

- Büdcə azaldılacaq?
- Hələ ki hər şey əvvəlki kimi qalır. İstər akademiya, istərsə də əsas komanda ilə bağlı planlarımız dəyişməyib. Növbəti mövsüm üçün nəsə deyə bilmərəm. Büdcə müzakirələri olmalıdı və yalnız bundan sonra planlar açıqlanacaq. Sponsorlarımızdan biri yenə "Gilan Holdinq" olaraq qalır. Amma əlavə maliyyə mənbələri axtarmağı düşünürük. Sponsorlar cəlb etmək istəyirik. Bununla bağlı işlər davam etdirilir.

- Ötən turda Bakıdakı səfər oyununuzda xeyli sayda azarkeş komandanızı dəstəkləyirdi. Qəbədəki ev matçında isə həmin mənzərənin tam əksinə şahid olduq....
- Həqiqətən də "Keşlə" ilə oyunda kifayət qədər azarkeşimiz var idi. Paytaxtda yaşayan bir neçə qəbələli var, onlar təbliğat aparmışdılar. Bundan başqa, dəstəkləyənlər arasında holdinqimizin işçiləri də var idi. Bu gün bəlkə yenə çox adam gələrdi, fikrimcə, yağış mane oldu. Hava şəraiti əlverişli deyildi. 

- "Qəbələ"nin oyunu sizi qane edir? Bu komandanın çempionluğa əsas namizəd sayılan hazırkı lider "Qarabağ"ı ölkə Kubokunda mübarizədən kənarlaşdırıb finala çıxması nə dərəcədə realdı?
- Desəm ki heyətimiz genişdi, düzgün olmaz. Əksinə, səviyyəli oyunçulardan söhbət gedirsə, ciddi qıtlıq var. Belə heyətlə üç gündən bir oynamağa potensialımiz azdı, bunu etiraf etməliyəm. Ancaq çəkinmirik və hesab edirəm ki, gücümüz çatar. Bugünkü oyunda komanda əlindən gələni etməyə çalışdı. 

- Son olaraq, kubokun finalının Naxçıvana salınmasına münasibətinizi bilmək istərdik. Hava şəraiti və oyunun günorta saatlarına salınmasına etiraz edənlər var.
- Bu haqda sonra danışarıq. Finala adlayaq, müzakirə edərik. (sport24.az)

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...