"Yalnız bu medal çatmır" - Olimpiya çempionu ilə MÜSAHİBƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin güləşçisi Şərif Şərifov  müsahibə verib.
 
Sərbəst güləş üzrə Olimpiya və dünya çempionu yarışa hazırlığından və hədəflərindən danışıb.
 
 
- Avropa çempionatının startına 9 gün qalır. Yarışa hazırlıq necə gedir?
 
- Təlim-məşq toplanışımız davam edir. Bəli, on gündən də az vaxtımız qalıb. Rusiyanın Kislovodsk şəhərində yaxşı hazırlıq keçirdik. Ardınca Mahaçqalada təlim-məşq toplanışı gerçəkləşdirdik. İndi isə sonuncu mərhələni işləyirik. Həmişə olduğu kimi, səfərdən əvvəl paytaxtda məşq edirik. Bütün güləşçilərimiz yaxşı formadadırlar. Çempionata zədələrsiz hazırlaşırıq. İndi səliqəli şəkildə məşq keçməliyik ki, həddən artıq yüklənməyək. Buna məşqçilərimiz baxır, izləyir, nəzarət edir. Saypulla Absaidov, Zəlimxan Hüseynov, Sadruddin Ayqulov və Arif Abdullayev kimi təcrübəli məşqçilərin rəhbərliyi altında çalışırıq. Demək olar ki, hamımız hazırlıq. Çempionatın startını gözləyirik.
 
- Şəxsən özünüzün Avropa çempionatındakı hədəfiniz nə olacaq?
 
- Mən həmişə olduğu kimi yalnız qızıl medal ardınca gedirəm. Çempionluq qazanmaq niyyətindəyəm. Rəqiblərim də eyni güləşçilərdir. Əsas məsələ çempionata tam hazır formada olmaq, özünü yaxşı hiss etməkdir. Yalnız qızıl medal barədə düşünürəm.
 
- Çempionluq yolunda əsas rəqibləriniz kimi hansı güləşçiləri qeyd edə bilərsiniz?
 
- Rusiya, Türkiyə, Belarus, Ukrayna, Gürcüstan yığmalarından olan güləşçiləri vurğulaya bilərəm. Onların heyətləri tam müəyyənləşməsə də, bu ölkələrin təmsilçiləri həmişə çıxışları ilə fərqləniblər. Mən isə qızıl üçün mübarizə aparacağam.
 
- Son illərdə titul qazana bilmirsiniz. Əsasən gümüş və bürünc əldə edirsiniz. Bunu nə ilə izah etmək olar?
 
- Mənim bütün titullarım – Olimpiya və dünya çempionu adlarım var. Amma Avropa çempionu olmamışam. İndiyədək qazanmadığım bu qızıl medalı da əldə etmək istəyirəm. Kolleksiyamı tamamlamaq üçün yalnız bu medal çatmır. Bu da mənə çox güclü motivasiya verir. Ona görə də Avropa çempionatında qalib gəlmək istəyirəm.
 
- Güləş idman növündə çəki dərəcələri ilə bağlı dəyişikliklər aparılıb. Sizin çıxış etdiyiniz 92 kq çəki dərəcəsi artıq Olimpiya Oyunlarında olmayacaq. Tokio-2020-də iştirak üçün nə etmək, hansı çəkini seçmək niyyətindəsiniz?
 
- Hələ dəqiq qərar verməmişəm. Yeni qaydalara görə, çəki mərasimi və yarış eyni gündədir. Əvvəl bir gün öncə çəki ölçülür, ertəsi döşəyə çıxırdıq. Artıq çəki atmaq da ağırdır. Yəqin ki, çəkimi yuxarı qaldıracağam. Hələlik isə 92 kq çəki dərəcəsindəyəm. Bu il elə bu kateqoriyada güləşəcəyəm.ONA

OXŞAR XƏBƏRLƏR

"Zelenski dəlidir, ümid edirəm ki, Avropa liderləri..." - Peskov

“Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir”.   Bunu Ukrayna Prezidenti...

Onlar heç nəyi unutmurlar - Astrologiyanın ən kinli BÜRCLƏRİ

Astrologiyaya görə bəzi bürclər kinli olmaqları ilə seçirlir.  Onlar digərlərinə nisbətən daha çox kin saxlaya bilərlər.   Sfera.az bu dəfə həmi...

Bakıda vətəndaşın kartından 5 min manat oğurlandı

Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.   Sfera.az xəbər verir ki, pol...

"Qazaxıstanın yaydığı hesabatılazımi diqqətlə araşdıracağıq" - Rusiya

"Rusiya agentlikləri Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau hava qəzası ilə bağlı hesabatını lazımi diqqətlə öyrənəcəklər".   Sfera.az &nb...

Aİ-nin "müşahidə" missiyasının avantürist addımları sülh prosesinə əngəl yaradacaqmı? - AÇIQLAMA

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Bu dəfə daha bir qrup Qazax rayonu ist...

18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərlə bağlı YENİLİK

Azərbaycan qanunvericiliyində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilir.   Sfera.az xəbər verir ki,...