“Yorulmuşam, təkliflərin heç birinə razılıq vermirəm” - Abdulbari Gözəl

“Yorulmuşam, təkliflərin heç birinə razılıq vermirəm” - Abdulbari Gözəl
 

"Azərbaycanda tikdiyim zavodlar Azərbaycana qalacaq”.


 

"Marja” xəbər bunu media nümayəndələri görüşündə "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl bildirib.


 

"İndi 70 yaşım var. Adam yavaş-yavaş yorulur. Mənə çoxlu təkliflər var, amma heç birinə razılıq vermirəm. Çünki bir iş gördüyün zaman gərək canını qoyasan. Əgər canını qoymasan qarşılığını ala bilməyəcəksən”,- Abdulbari Gözəl deyib.


 

Məşhur iş admı bildirib ki, ötən illər ərzində Azərbaycana çox yaxşı təkmil nəsil yetişdirib: "Digər şirkətlərdə işləyənlərdən soruşun: "Siz əvvvəl harada işləyirdiniz?” Çoxu deyəcək ki, "Azərsun”da. "Azərsun” bir univesitetdir. Onlar bizdə iş təcrübəsi ilə bərabər, iş əxlaqını, xeyriyyəçiliyi də öyrəniblər”.


​Abdulbari Gözəl əlavə edib ki, hazırda "Azərsun Holdinq”də 12 min nəfər işləyir.


 

Qeyd edək ki, iş adamı Abdulbari Gözəl 1991-ci ildən Azərbaycanda çalşır.


OXŞAR XƏBƏRLƏR