Rasim Balayev: " Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi"

Rasim Balayev:

"Xəstəliyimin çarəsi olmasa belə, əməliyyata razı olmayacam. Çünki əməliyyat olunanların bir neçəsi ilə söhbət eləmişəm. Onlar əməliyyatdan sonra heç də müsbət nəticə əldə etmədiklərini deyiblər".

 

Bunu "Babək" filminin çəkilişi zamanı bir neçə dəfə atdan yıxıldığı üçün belində yırtıq yaranan Xalq artisti Rasim Balayev açıqlamasında deyib.

 

Müalicə almaq üçün bir müddət öncə Türkiyəyə gedən aktyor səhhətindəki son durumdan söz açıb: "Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi. Həkimlərin hərəsi bir söz deyirdi. Bir də deyirdilər ki, masaj elətdirim. Sonradan bu xəstəlikdən əziyyət çəkən bir tanışın Türkiyədə müalicə alaraq sağaldığını eşitdim. Onun sağalmağı məndə inam yaratdı. Bu səbəbdən də müalicə üçün Türkiyəyə getdim. Ümid edirəm, bu müalicənin xeyri olacaq".

"Həkimlər demişdi ki, 1 aydan sonra müalicə xeyrini göstərəcək. Hazırda, az da olsa, müalicənin xeyrini görürəm. Müalicənin effektini görsəm, bir ildən sonra yenidən Türkiyəyə gedəcəm" – deyə R.Balayev əlavə edib.

 

O, qısaca da olsa, xəstəliyi haqda məlumat verib: "Beldə yırtıq dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. İndi əksər adamlarda bu problem var. Oğlum oturaq işlə məşğuldur, onda da yırtıq var. Adam var ki, yırtığı 7 milli metrdir, lakin onu narahat etmir. Mənim yırtığım isə 4 mili metrdir, siniri sıxır, narahatlıq yaradır. Nəticədə də sol ayağımı atarkən çətinlik yaşayıram".

 

R.Balayev hazırda yeni işinin olmadığını bildirib: "İş yoxdursa, nədən danışa bilərik. Köhnə hamam, köhnə tasdır. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var". Sputnik

 


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...