Avtoritetlə fotosu yayılan xanım müğənni: "Kriminallar hamısı qeyrətli adamlardır" - MÜSAHİBƏ

Avtoritetlə fotosu yayılan xanım müğənni:
Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayılıb. Həmin sənətçi əməkdar artist Zöhrə Abdullayevadır. Sosial şəbəkələrdə sənətçinin kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə görüntüləri əks olunub.

Mətbuatın yazdığına görə, Elnur Şuşalı "Lotu Quli”nin yaxın adamlarındadır.

Zöhrə Abdullayeva məsələyə Cebhe.info vasitəsi ilə aydınlıq gətirib:

-Zöhrə xanım, sizin kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotonuz yayılıb və səs-küyə səbəb olub...
-O adam İsveçdə, Stokholmda yaşayır. Özü də Avropa vətəndaşıdır. Rəfiqəm məni təsadüfən qərib azərbaycanlıların məcilisinə aparıb. Həmin adamı orada görmüşəm. Bizim orada vətən həsrəti ilə yaşayan nə qədər azərbaycanlılarımız var. Özü də orada musiqi məclisi də deyildi. Rəfiqəm dedi ki, görürəm darıxırsan, ad gününə gedirəm, gəl səni də aparım. Məclisdə hamı gəlib, mənimlə şəkil çəkdirirdi. Deyəydim ki, çəkdirmə? Bu adam da orada olub. 

-Yəni onun kriminal aləmlə əlaqəsindən xəbərsiz idiniz?
-Mən bilmirəm o, kimdir. Müğənni adamam, kiminləsə şəkil çəkdirə bilmərəm? Sonradan öyrəndim ki o, İsveçdə nə qədər yetim-yesirə əl tutur. Qızım, səncə, Stokholmda "lotu"luq etmək olar? Avropada ha? Özü də ki, kriminallar hamısı qeyrətli adamlardır. Nə var ki, burada? Mən onu tanımıram. Həmin foto mətbuata yayılandan sonra araşdırdım, kim olduğunu dedilər. Kimsə mənə yaxınlaşır ki, şəkil çəkdirmək istəyir. Mən ona necə "yox" deyim? Belə şey olar? Onun atası-anası burada hörmətli adamlardır. Atası məktəb direktorudur, ziyalı şuşalılardır. Yaxşı deyil axı?! Bu nə hərəkətdir? Deməli, biz hansısa məclisə orada olanların avtobioqrafiyasını öyrənib sonra getməliyik? Onların tərcümeyi-halını oxumalıyıq? Ayıbdır axı?! Mən o müğənnilərdən deyiləm ki, belə xəbərlər yazıb, haqqımda "ajiotaj" yaradırlar. Bu nəyə lazımdır? Mənim çəkim var. Oğlum, gəlinim, ailəmi nəzərə alsınlar. İkincisi də, mən bundan heç utanmıram. Adam-adamla şəkil çəkdirər da. Hətta onun avtoritet olduğunu bilmirdim. Bu gün öyrəndim.  

-Bəs foto nə zaman çəkilib?
-Heç o şəkli görməmişəm. Yanılmıramsa, keçən il. Deyəsən, qış idi. Çünki xatirimdədir, qar yağırdı. Dəqiq keçən il çəkilib. Amma mən saytları qınayıram. Ona görə ki, əvvəlcə məndən soruşub, sonra haqqımda yazsınlar. Mən də başlayım o biriləri kimi? Ayıbdır axı?! Mənim nə yaşıma, nə başıma, nə səviyyəmə yaraşmaz. Bu nə hərəkətdir?! O, elə bir oğlandır ki, külfət saxlayır. Avropada yaşaya-yaşaya buradakılara da əl tutur. Millət belə boş söhbətlərə gülür. Bu dərəcədə olmaz. Mənim adımı belə xəbərlərdə hallandırırlar. Artıq müsahibə verməyə də tövbə etmişəm. Çünki ağı qara yazırlar. Mənimlə oynamasınlar, vəssalam. Məncə, Avropada "lotu" yoxdur, kriminal avtoritet də həmçinin. Olsa, onu 2 dəqiqəyə deportasiya edərlər.  //cephe.info


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...