Nigar Camaldan Fədayə Laçınla bağlı İNANILMAZ SÖZLƏR: "Avtoritet sevgiliyə görə..." - MÜSAHİBƏ/FOTO
Odur ki, "Altın Kelebek" mükafatlandırma mərasimində "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə yarışan Nigarın Publika.az-a qısa, ancaq üzünüzdə gülüş yaradacaq müsahibəsini təqdim edirik:
- Nigar xanım, özünüzü necə hiss edirsiniz?
- Çox əlayam, hər şey yaxşıdır.
- Baxmayaraq ki, "Avroziviya" kimi müsabiqənin qalibi olmusunuz, ancaq Türkiyədə ilk dəfədir mükafatlandırma mərasiminə namizədsiniz. Həyəcan var?
- Həyəcan yox, sevinc var. Çox sevinirəm. Türkiyədə müsabiqəyə qatılmamışdım, ancaq jüri olmuşam. Maraqlıdır, baxaq görək nə olacaq.
- Sizcə, qazanma şansınız nə qədərdir?
- Onu deyə bilmərəm. Amma düşünürəm ki, Röya qazanacaq.
- Röyanın orada tanınmağını nəzərdə tutaraq bu qənaətə gəlmisiniz?
- Yox, burada daha çox fanatı var. Gözəl hitləri, mahnıları saysız-hesabsızdır. Röya Azərbaycanda öz hitləri ilə populyar olub, mən isə Azərbaycana qalibiyyət gətirəndən sonra tanınmışam.
- Son zamanlar sizi yerli şou-biznesdə nə qane etmir?
- Bizim şou-biznes lap zəifləyib. On il bundan öncə insanlara daha maraqlı idi. İnstaqram, feysbukdan sonra hər şey adiləşdi.
- Son günlər gündəmdə olan mövzu Fədayə Laçının avtoritetlə eşq macərası və "Qoca" ləqəbli sevgilisinin ölümlə nəticələnən həbsdən qaçışıdır...
- Kimin?
- Deməyin ki, Fədayə Laçını tanımırsınız...
- Ona nə olub ki?
- Həbsdən qaçan sevgilisinə kömək etdiyinə görə həbs edilib.
- Doğrudan? Mənim bundan xəbərim yox idi...
- Sizcə, sevgiyə görə özünü oda-alova atmaq olar? Siz buna cəsarət edərdiniz?
- Baxır hansı sevgilidir. Amma onu deyim ki, avtoritet deyiləm (gülür).
- Bəs avtoritet biri ilə sevgili olarsınız?
- Bilirsiniz mənim üçün sevgi çox önəmlidir. Ona görə mən də sənətimi qurban verərdim. Rəfiqələrimdən soruşsanız onlar da yerimə eyni cavabı verər. Məni çox yaxşı tanıyırlar.
- Qarşıda hansı yenilikləriniz var?
- Dekabr ayında yeni "Kəklikotu" filmimiz ekranlara çıxacaq.
- Çəkilişlərdə çox əziyyət çəkmisiniz...
- Barmaqlarım çıxmışdı, yerinə saldılar. İndi yerindədir (gülür).
- Oradakı döyüş səhnələri çox danışıldı. Çox dərslər almışdınız bu səhnələrə görə?
- Yox, çox təəssüf ki, cəmi iki dərs almışdım. Düşünürəm ki, daha yaxşı məşq etsək, nəticə lap əla olardı. Əlim, ayağım göm-göy gəzirdim (gülür).
- Sizə yeni filminizdə və "Altın Kelebek"də uğurlar arzu edirik, pozitiv müsahibə üçün təşəkkürlər.
- Mən təşəkkür edirəm.
Sfera.az